Şampan da o cümlədən... Şampan da o cümlədən...

Ermənistan konyak istehsal edə bilməyəcək

Şampan da o cümlədən...

AB-nin ayıracağı 3 milyon avro əvəzində bu ölkədə spirtli məhsulun adında “konyak” sözündən istifadə dayandırılacaq

Ermənistan hökuməti Avropa Birliyinin maliyyə yardımı haqda sazişi təsdiqləyib. Saziş çərçivəsində AB-nin ayıracağı 3 milyon avro əvəzində bu ölkədə spirtli məhsulun adında “konyak” sözündən istifadə dayandırılacaq.

Məbləğin Avropanın qonşuluq proqramı çərçivəsində ayrılacağı bildirilir. Vəsait yeni brendin yaradılması, onun populyarlaşdırılması, xarici bazarlarda rəqabətliliyinə dəstəyə sərf olunacaq.

2032-ci ildən...

Ermənistanda “konyak” adında içkinin istehsalı 2032-ci ildən dayandırılmalıdır. Bundan sonra yerli istehsalçılar 11 il ərzində köhnə ehtiyatlarını sata biləcəklər.

“Konyak” Fransa qanunvericiliyi ilə qorunan coğrafi addır. Yalnız Şaranta departamentində üzümün xüsusi növlərindən və xüsusi texnologiya ilə hazırlanmış spirtli içkiyə (brendi) “konyak” deyilə bilər.

Ancaq indiyədək MDB ölkələrində istehsal yerindən asılı olmayaraq istənilən brendi “konyak” adlanırdı. Məsələn, Dağıstan, yaxud Ermənistan konyakı kimi.

Ermənistan hələ 2017-ci ilin noyabrında adlarda “konyak”, yaxud “şampan” sözlərindən imtina etməyə razılaşıb. Bu maddə hərtərəfli və genişləndirilmiş tərəfdaşlıq barədə razılaşmaya salınıb./Azadlıq Radiosu