- Pullu iş
- 26 Yanvar 2022 12:26
- 7 169
Bu şəxslər 40 manat cərimə olunacaq

Azərbaycanda taksi duracaqlarında başqa nəqliyyat vasitələrinin dayanmasına və durmasına görə cərimə müəyyənləşir
AzNews.az "Report"a istinadən xəbər verir ki, bu, İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsində qeyd edilib.
Dəyişikliklə 5.14 nişanı ilə işarələnmiş minik taksilərinin duracaq yerlərində digər nəqliyyat vasitələrinin dayanmasına və ya durmasına görə qırx manat məbləğində cərimə nəzərdə tutulur.