Azərbaycanda "Sıfır emissiyalı yükdaşımalar üzrə bəyannamə" imzalanıb

Bu gün Azərbaycanda "Sıfır emissiyalı yükdaşımalar üzrə bəyannamə" imzalanıb.

"Aznews.az" xəbər verir ki, imzalanma mərasimi Bakı İqlim Fəaliyyəti Həftəsinin 2-ci günündə təşkil edilmiş "Sıfır emissiyalı dəniz, yük logistikası və nəqliyyat" mövzusunda dəyirmi masa çərçivəsində baş tutub.

Bəyannaməni dəyirmi masada iştirak edən şirkətlər imzalayıb və sıfır emissiya öhdəliyinə qoşulduqlarını bəyan ediblər.