Xankəndidə Mədəniyyət mərkəzinin binası bərpa ediləcək

Xankəndi şəhərində yerləşən Mədəniyyət mərkəzinin binası bərpa ediləcək.

“Aznews.az” bu barədə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, artıq bununla bağlı hazırlıq işlərinə başlanılıb, müvafiq layihə hazırlanır.