Türkiyə vətəndaşı Azərbaycanda yaratdığı yeni şirkəti 16 gündən sonra satıb

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti sentyabrın 17-də "Özsüt Next" MMC-ni dövlət qeydiyyatına alıb.

AzNews.az xəbər verir ki, yeni şirkət Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Heydər Əliyev prospekti, ev 185, mənzil 11/3 ünvanında qeydiyyatdan keçib.

Onun nizamnamə kapitalı 1,1 milyon manat, qanuni təmsilçisi isə Türkiyə vətəndaşı Ucar Mehmet Bakı olub.

Oktyabrın 3-də isə şirkətin hüquqi ünvanı Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi, ev 42a, mənzil 194, qanuni təmsilçisi isə Renat Tofiq oğlu Əzməmmədov olub.