Hacıqabul Sənaye Parkının genişləndirilməsinə sərf olunan məbləğ açıqlanıb

Hacıqabul Sənaye Parkının genişləndirilməsi üçün ayrılmış 40.0 hektar torpaq sahəsində infrastrukturun yaradılması üzrə tikinti işlərinə başlanılır.

Bu barədə Aznews.az dövlət satınalmalarının vahid internet portalından məlumat əldə edib.

Məlumata görə, artıq bununla bağlı “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Tikinti-Təchizat Birliyi” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) hazırlıqlara başlayıb.

MMC sözügedən işlərin icrasını "Protean Construction" Açıq Səhmdar Cəmiyyətinə həvalə edib və onunla dəyəri 7.999.998,75 AZN (7 milyon 999 min 998 manat 75 qəpik) olan müqavilə bağlayıb.

Qeyd edək ki, "Protean Construction" Açıq Səhmdar Cəmiyyəti (ASC) 20027-ci ildə “Tikinti-Quraşdırma Azər. Neft Kimya Zavod-2” Açıq Səhmdar Cəmiyyəti kimi dövlət qeydiyyatına alınıb. ASC 2017-ci ildə isə rebrendiq edərək "Protean Construction" Açıq Səhmdar Cəmiyyəti kimi növbəti dəfə dövlət qeydiyyatından keçib. Nizamnamə kapitalı 160672 manat olan şirkətin qanuni təmsilçisi Təhməzov Məhəmməd Ağca oğludur.