- Pullu iş
- 11:46
- 800
Agentlik: 11 ayda 22 minə yaxın işəgötürən 600 minə yaxın vakansiya təqdim edib
Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda 22 minə yaxın işəgötürən dövlətə 600 minə yaxın vakansiya təqdim edib.
AzNews.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədr müavini Hasil Abbasov Bakıda keçirilən “Əmək münasibətləri, əməyin mühafizəsi və insan resursları ekoloji, sosial və korporativ idarəetmə yanaşmasının əsas istiqamətlərindən biri kimi” mövzusundakı konfransda bildirib.
Onun sözlərinə görə, bu, təkcə işəgötürən və işaxtaranı bir araya gətirən platforma deyil, eyni zamanda əmək bazarında inkişaf tendensiyaları bağlı data-nın əldə edilməsində əhəmiyyətlidir: "Hər kəsi Vakansiya Bankı ilə daha sıx əməkdaşlıq etməyə çağırıram".