- Pullu iş
- 9 Yanvar 18:49
- 1 065
Bu şirkətin sahibi 12 milyon manat divident götürdü
Azərbaycanda alkoqollu və alkoqolsuz içki istehsalı ilə məşğul olan A+Co ASC sahibinə 12 mln. manata yaxın dividend ödəyib.
"APA-Economics"in əldə etdiyi məlumata görə, ASC yeganə səhmdarı olan Nəbiyev Elbrus Ənvər oğluna 2023-cü ildə 11 milyon 728 min manat məbləğində dividend ödəyib.
Qeyd edək ki, Elbrus Nəbiyev həmçinin, "Diadem" ASC tikinti şirkətinin əsas səhmdarıdır (75% pay).
Xatırladaq ki, A+Co ASC 1997-ci ildə dövlət qeydiyyatına alınıb, onun nizamnamə kapitalı 10 min manat, qanuni təmsilçisi isə Xanoğlan Məsim oğlu Qasımovdur.