Azərbaycanda tikinti kərpici istehsalı artıb

Ötən il Azərbaycanda 622,3 min kubmetr tikinti kərpici istehsal edilib.

Bu barədə AzNews.az Dövlət Statistika Komitəsindən məlumat əldə edib.

Məlumata əsasən, bu, 2023-cü ildəki göstərici ilə müqayisədə 4,3 min kubmetr və ya 0,7% çoxdur.

Belə ki, 2023-cü ildə ölkədə 618 min kubmetr tikinti kərpici istehsal olunmuşdu.

Qeyd edək ki, tikinti materiallarının istehsalı sahəsində Azərbaycanda 2024-сü ildə istehsalın ümumi dəyəri 1,423 milyard manat olmaqla, əvvəlki illə müqayisədə 16,9% artıb.

Dövr ərzində sementdən, betondan kərpiclər və oxşar məmulatların istehsalı 40,7%, betondan yığma tikinti konstruksiyalarının istehsalı 40,7%, tikinti gipsi istehsalı 21,2%, sement klinkerləri istehsalı 15,8%, beton istehsalı 12,1% artıb, asfalt istehsalı isə 15,4% azalıb.