- Pullu iş
- 18 Fevral 09:29
- 2 461
“Mərkəzi Klinika” sığortaçı seçir

Prezidentin Xüsusi Tibb Xidmətinin tabeliyindəki “Mərkəzi Klinika” MMC 2025-ci il üçün əmlakının və 3-cü şəxslər qarşısında mülki məsuliyyətinin sığortalanması üzrə açıq tender elan edib.
Tenderdə iştirak haqqı 200 manat təşkil edir.
İddiaçılar ilkin sənədləri martın 17-si, saat 17:00-a qədər, tender təklifi və onun dəyərinin 1 %-i qədər bank təminatını isə aprelin 1-i, saat 17:00-a qədər klinikanın Bakı şəhəri, Parlament prospekti, 76 ünvanında yerləşən inzibati binasına təqdim edə bilərlər.
Təkliflərə aprelin 12-də, saat 15:00-da qeyd olunan ünvanda baxılacaq.