- Pullu iş
- 15 Aprel 11:04
- 3 198
Azərbaycan əhalisinin gəlirləri 7 %-ə yaxın artıb

Bu ilin yanvar-mart aylarında Azərbaycan əhalisinin nominal gəlirləri 20 milyard 690,7 milyon manat təşkil edib.
AzNews.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6,6 % çoxdur.
Son 1 ildə ölkədə adambaşına düşən nominal gəlir isə 6,1 % artaraq 2 023 manata çatıb.