- Pullu iş
- 15 Aprel 17:22
- 3 779
Azərbaycanda yaxın 5 ildə manatın məzənnəsinin sabit qalacağı gözlənilir

2029-cu ilin sonuna qədər Azərbaycan manatının ABŞ dollarına qarşı məzənnəsinin sabit qalacağı proqnozlaşdırılır.
Bu barədə Maliyyə Nazirliyinin açıqladığı "2025-2029-cu illər üzrə Ortamüddətli Büdcə Çərçivəsi"ndə bildirilir.
Sənədə əsasən, İqtisadiyyat Nazirliyinin təqdim etdiyi makroiqtisadi proqnozlarda 2026-2029-cu illər üzrə manat/dollar nisbəti cari ilin səviyyəsində (1,7) götürülüb.