- Üçüncü sektor
- 11 Yanvar 2021 10:47
- 20 112
Könül Kərimova izləyiciləri təhqir etdi
"Ay bədbəxt, süni üzü olan!"
Əməkdar artist Könül Kərimova ilə sosial şəbəkə istifadəçiləri arasında qalmaqal yaşanıb.
Buna səbəb müğənninin instaqramda paylaşdığı fotosu olub.
İzləyicilər sənətçinin paylaşımına rəy yazaraq onun hədsiz dərəcədə estetik prosedurlara əl atdığını, görünüşünün tamamilə dəyişdiyini iddia ediblər.
Kərimova tənqidi rəylərə bir-bir cavab yazıb, hətta instaqram istifadəçilərinin bir neçəsini təhqir edib. İfaçı botoks etdirməyi barədə verilən sualları aqressiya ilə qarşılayıb.
O, “açıq aydın görünür ki, saçınız özünüzün deyil, “kukla” saçıdır. Niyə süni saçdan istifadə edirsiz?” şərhinə “Yalansa, Allah elə parik qoymağı özünüzə qismət eləsin. Yəni, süni saça möhtac qalasız”,- cavabını verib.
Əməkdar artist “üzünüzdə nə qədər botoks, estetik var görəsən?!” sualına isə “sənin süni üzündəki qədər... Ay bədbəxt, süni üzü olan! Botoks etdirən sənin nəslindi”, - yazaraq etirazını bildirib. (Qafqazinfo)
AzNews.az