- Siyasi müzakirə
- 11 İyun 2020 13:30
- 6 301
Milli Şurada daha bir istefa
"Acı təəssüf hissi ilə bu gündən Milli Şuranı tərk edirəm"
“Qarabağın Azadlığı Uğrunda İslami Müqavimət Hərəkatı”nın sədri Rövşən Əhmədli Milli Şuradan çıxıb.
AzNews.az xəbər verir ki, o, bu barədə özünün “Facebook” səhifəsində məlumat yayıb.
R. Əhmədli bildirib ki, son zamanlarda Milli Şuranın Koordinasiya Mərkəzində baş verən arzuolunmaz hadisələr, sosial şəbəkələrdə geniş müzakirə olunan mübahisəli məqamlar, ictimaiyyətin, vətəndaş cəmiyyətinin müxtəlif təbəqələrinin bu hadisələrə münasibəti onu dərindən narahat edib.
"Milli Şurada baş verənlərə görə hədsiz dərəcədə üzgünəm. Milli Şurada qalmağı mümkünsüz , faydasız hesab edir və acı təəssüf hissi ilə bu gündən Milli Şuranı tərk edirəm. Milli Şuranı tərk etsəm də, demokratik, hüquqi dövlət quruculuğu uğrunda mübarizəmiz davam edir və bu mübarizədə hamıya uğurlar diləyirəm”, - deyə R. Əhmədli qeyd edib.
Xatırladaq ki, bir müddət əvvəl Eldəniz Quliyev, Rafiq Manaflı və Namizəd Səfərov da Milli Şuradan istefa verib.