- Siyasi müzakirə
- 23 Noyabr 2020 18:32
- 5 039
Ceyhun Bayramovdan Avropa Şurasının Baş katibinə məktub
Bu barədə XİN-dən daxil olan məlumatda bildirilir
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Avropa Şurasının (AŞ) Baş katibi Mariya Peyçinoviç Buriçə məktub ünvanlayıb.
Bu barədə AzNews.az-a XİN-dən daxil olan məlumatda bildirilir.
Qeyd olunur ki, nazirin ünvanlandığı məktuba cavabında AŞ Baş katibi 9 Noyabr 2020-ci il tarixli atəşkəs razılaşmasını alqışladığını qeyd edib və razılaşmanın icrası ilə əlaqədar vəziyyəti izləməyə davam edəcəyini vurğulayıb.