- Siyasi müzakirə
- 4 Dekabr 2020 21:07
- 4 853
Ceyhun Bayramov həmkarı ilə telefonla danışdı
Nazirlər fikir mübadiləsi aparıblar
Bu gün Xarici İşlər naziri Ceyhun Bayramovla Bolqarıstanın Baş nazirinin ədliyyə islahatları üzrə müavini, Xarici İşlər naziri Yekaterina Zaxariyeva arasında telefon danışığı olub.
XİN-dən AzNews.az-a verilən məlumata görə, nazirlər bölgədə mövcud son vəziyyəti, eləcə də 10 noyabr 2020-ci il tarixində imzalanmış üçtərəfli bəyanatdan irəli gələn məsələlərin icrası ilə bağlı fikir mübadiləsi aparıblar. Bu razılaşmanın icrasının bölgədə dayanıqlı sülh, təhlükəsizlik və rifahın təmin edilməsi baxımından əhəmiyyəti vurğulanıb.
Nazirlər ikitərəfli əməkdaşlıq münasibətlərini, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə ediblər