Bu deputatlara "yaşıl işıq" gözlənilir

Hakim Yeni Azərbaycan Partiyasının bu həftə, ən uzağı gələn həftənin əvvəllərində öz namizədlər siyahısını açıqlaması gözlənilir/ YAP namizədlərini açıqlamadığından digər partiyalar və müstəqil namizədlər də hələ qələbə uğrunda mübarizə aparacaqları dairələri elan etməyə tələsmirlər. Odur ki, siyasi kluarlarda "kim namizəd göstərilə bilər" sualı ətrafında qızğın müzakirələr gedir. Necə deyərlər, siyasət intizar içindədir. Parlamentin hazırkı üzvləri də bu baxımdan istisna deyil.

Bir çoxlarının iddia etdiyinin əksinə, hakimiyyət 1 sentyabr seçkilərində dəfələrlə deputat seçilmiş şəxslərin heç də hamısı iıə vidalaşmaq fikrində deyil. Haqlı olaraq belə hesab edilir ki, parlament "praktika kursu" deyil və burada təcrübəli siyadətçilər təmsil olunmalıdırlar. Bununla belə, səhhəti əl verməyən bir neçə deputat seçkilərə qatılmaya bilər. Onların əvəzində, icra hakimiyyətinin yüksək ranqlarında təmsil olunmuş məmurları yeni parlamentin tərkibində görə bilərik.

AzNews.az-a daxil olan məlumata görə, parlamentə 2020-ci ildə daxil olmuş deputatların məhsuldarlıq əmsalını qiymətləndirmək üçün bir neçə metodla təhlillər aparılıb.

Bu təhlillərə əsasən adları çəkilən deputatların ümumi etimadı doğrultduğu qeyd olunur.

Nigar Arpadarai, Vüqar İskəndərov, Kamal Cəfərov parlamentin iclaslarında, seçicilərlə kommunikasiya qurulmasında, yerli və beynəlxalq auditoriya qarşısında çıxışlarda, TV və onlayn mediada, o cümlədən Milli Məclisin beynəlxalq əlaqələrinin qurulmasında göstərdikləri fəallığa görə yüksək nəticələr əldə ediblər.

Ceyhun Məmmədov, Fatma Yıldırım, Bəhruz Məhərrəmov, Əminə Ağazadə, Soltan Məmmədov, Sadiq Qurbanov, Vüqar Bayramov kimi deputatlar da həm cəmiyyət, həm də hakimiyyət tərəfindən təqdirlə qarşılanır.

Odur ki, bu deputatlara hakimiyyətin namizəd kimi "yaşıl işıq" yandıracağı gözlənilir.

AzNews.az