Deputat Nəsimiyə icra başçısı gəlir. Bəs, Asif Əsgərov hansı dairədən namizəd olacaq?

15 saylı Yasamal birinci seçki dairəsinin deputatı Ülvi Quliyev növbəti parlament seçkilərinə qatılmamaq ehtimalı var.

AzNews.az xəbər verir ki, deputat Bakının Nəsimi rayonuna icra başçısı göndərilə bilər.

Nəsimi rayonunun hazırkı icra başçısı Asif Əsgərov isə Naxçıvar MR-dan deputatlığa namizəd olacağı deyilir. Digər bir məlumata görə, Asif Əsgərovun namizədliyi Nəsimi-Binəqədi seçki dairəsindən də irəli sürülə bilər.

21 saylı dairənin deputatl Məlahət İbrahimqızıdır. Ancaq Məlahət İbrahimqızı seçiləndə həmin dairə sırf Nəsimi rayonunun bir hissəsini əhatə etdiyi halda, hazırda Binəqədi rayonunun bir qismini də öz elektoral sərhədinə daxil edib.

AzNews.az