MSK sədri: Qarabağdakı seçki məntəqələrini yeni tikilən inzibati binalarda yerləşdiririk

Azərbaycanda seçkilərin yüksək səviyyədə hazırlanıb keçirilməsinə fikir veririk. Çünki ölkədəki proseslər bütün dünyanın diqqətindədir.

Secki-2024.az saytı xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, bu seçkilərdə ən parlaq nümunə kimi ötən prezident seçkilərini qeyd etmək mümkündür: "İşğaldan azad edilmiş ərazilərə də fikir veririk. Çünki bu da ilk parlament seçkiləridir ki, suveren Azərbaycanın bütün ərazilərində keçirilir".

“Azad olunmuş ərazilərdəki seçki məntəqələrini yeni tikilən inzibati binalarda yerləşdiririk”,-deyə MSK sədri əlavə edib.