Vasif Qafarovun təbliğat-təşviqat kampaniyası davam edir

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikasının Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərdə 80 saylı Lerik-Astara seçki dairəsindən deputatlığa namizəd Vasif Qafarovun təbliğat-təşviqat kampaniyası davam edir.

AzNews.az xəbər verir ki, Vasif Qafarov avqustun 17-də Monidigah və Blaband inzibati ərazi dairələrində seçicilərlə görüşlər keçirib.

Görüşlərdə kənd ağsaqqalları, seçicilər çıxış edərək parlament seçkilərində fəal iştirak edib, Vasif Qafarovu dəstəkləyəcəklərini bildiriblər.

Görüşlərdə Vasif Qafarov öz platformasının əsas müddəalarını açıqlayıb və seçiciləri narahat edən problemlərdən danışıb.

Qeyd edək ki, Vasif Qafarov 25 yanvar 1982-ci ildə Lerik rayonunun Cəngəmiran kəndində anadan olub. Tarix elmləri doktoru, AMEA-nın A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun baş elmi işçisidir.

image description image description image description image description image description