Putin Bakıda səfərdə olduğu gün ermənilər təxribat törətdi

"Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana dövlət səfəri ərəfəsində və günündə ordumuzun Naxçıvanla Kəlbəcərdəki mövqelərinin atəşə tutulması təxribatdır".

Bu sözləri AzNews.az-a açıqlamasında millət vəkili Sahib Alıyev deyib.

Onun sözlərinə görə, Avropa Birliyi adından mövqe bildirən Toivo Klaarın açıqlamasından da göründüyü kimi bu təxribatın arxasında Ermənistanla yanaşı qərbdə ondan geosiyasi alət kimi faydalanmağa çalışan çevrələr də durur: "VHəmən çevrələr hayları silah-sursatla təmin edərək təkçə revanşizmə həvəsləndirmir, hazırda onlarla birgə Azərbaycana qarşı informasiya savaşı da aparırlar".

AzNews.az