YAP inamlı qələbə qazandı - STM

"Exit-poll" nəticələri göstərir ki, Yeni Azərbaycan Partiyası seçkilərdə inamlı qələbə qazanıb.

Bunu növbədənkənar parlament seçkilərində “exit-poll” keçirən Sosioloji Tədqiqatlar Mərkəzinin direktoru Natalya İsayeva mətbuat üçün keçirilən brifinqdə deyib.

O bildirib ki, 75 seçki dairəsi üzrə 750 seçki məntəqəsində exit-poll keçirilib. Exit-poll 136 min 520 nəfəri əhatə edib. Statistik səhv 2,3 faiz təşkil edir.

“Yeni Azərbaycan Partiyasının namizədləri 45 seçki dairəsində ən çox səs toplayıb. Bu isə exit-poll keçirilən dairələrin 60%-i deməkdir”- Nataliya İsayeva əlavə edib.