MSK-nın iclası keçirilir, növbədənkənar parlament seçkilərinə yekun vurulacaq

Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilir.

MSK sədri Məzahir Pənahovun sədrliyi ilə baş tutan toplantıda əvvəlcə sentyabrın 1-də Milli Məclisə keçirilmiş seçkilərlə əlaqədar quruma daxil olmuş müraciətlərə baxılır.

MSK üzvləri daha sonra yeddinci çağırış Milli Məclisə seçkilərlə əlaqədar MSK tərəfindən seçkilərin ümumi yekunları haqqında protokolun tərtib edilməsi, seçkilərin yekunlarının yoxlanılması və təsdiq olunması üçün Konstitusiya Məhkəməsinə təqdim edilməsi məsələsinə baxacaqlar.