"Ermənistan prezidenti Lissabon sammitində konstitusiyalarına istinad etmişdi" - DEPUTAT

"1996-cı ildə ATƏT-in Lissabon zirvə görüşündə Ermənistan prezidenti məhz 5 iyul 1995-ci ildə qəbul edilmiş konstitusiyaya istinad edərək sammitin yekun sənədini imzalamaqdan boyun qaçırdı ki, ölkə konstitusiyası Qarabağı Azərbaycan ərazisi kimi göstərən beynəlxalq sənədi imzalamağa imkan vermir".

Bu barədə AzNews.az-a millət vəkili Rizvan Nəbiyev açıqlama verib. O deyib:

"Ümummilli Lider Heydər Əliyevin diplomatik çevikliyi və məharəti sayəsində ATƏT-in fəaliyyətdə olan sədri tərəfindən Ermənistan istisna olmaqla, 53 iştirakçı dövlətin qoşulduğu və Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən Bəyanat verildi. Həmin konstitusiya dəyişdirilmədən Ermənistanın Baş naziri Azərbaycanla sülh müqaviləsini mövcud şəraitdə hansı niyyətlə imzalamaq istəyir?"

AzNews.az