- Siyasi müzakirə
- 9 Dekabr 2024 16:51
- 7 121
Bələdiyyə seçkilərinə namizədliyi irəli sürülən şəxslərin sayı açıqlanıb

Azərbaycanda 2025-ci il yanvarın 29-na təyin edilən bələdiyyə seçkilərinə namizədliyi irəli sürülən şəxslərin sayı açıqlanıb
Bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun bu gün keçirilən iclasında məlumat verib.
Onun sözlərinə görə, bələdiyyə seçkilərinə 1531 nəfərin namizədliyi irəli sürülüb:
"Bu rəqəmin artacağı istisna edilmir".