"Moskvadan üzr gözləyirik" - Millət vəkili

"Təyyarəmizin vurulduğu aydın idi. Və artıq dəqiqləşib ki, bu, Rusiya mediasının təqdim etməyə çalışdığı kimi Ukrayna dronlarının yox, həmən dronlarla sərnişin təyyarəsini səhv salanların işidi. O, Qroznı hava limanına enişə hazırlaşarkən "Pantsir-S"-lə vurulub".

Bu barədə millət vəkili Sahib Alıyev açıqlama verib. O, deyoib:

"Böyük ehtimalla qəsdən etməyiblər. Amma vurlan təyyarənin yaxınlıqdakı Mahaçqala, yaxud da Mineralnıye Vodı hava limanına enməsinə izn verilməməsi, Aktauya göndərilməsi qəsdəndir və "Caliber.Az" saytının yazdığı kimi belə görünür ki, məqsəd onu dənizdə batırmaqla iz itirmək olub.

Biz böyük dövlətlərin bu cür xudbincəsinə davranışlarını, kiçikliklərini birinci dəfə görmürük. Onu da yaxşı xatırlayırıq ki, 2020-ci ilin 9 noyabrında Rusiya helikopteri, həm də hərbi helikopteri Ermənistanınkıyla səhv salınıb vurulanda Azərbaycan qarşı tərəfdən buna görə üzr istəmiş və gərəkən digər addımları atmışdı. Baxmayaraq ki, burada müəmmalı çox şeylər vardı.
Moskvanın da baş verənlərə görə üzr istəyəcəyini, təyyarəmizi Ukrayna dronuyla səhv salıb vuranların cəzalandırılacağını, belə hallarda beynəlxalq normaların tələb etdiyi digər addımların atılacağını gözləyirik. Və bu, nə qədər tez baş versə, fikrimcə, ikitərəfli əlaqələrə mənfi təsirin azaldılması baxımından bir o qədər yaxşı olar".

AzNews.az