- Siyasi müzakirə
- 30 Dekabr 2024 17:55
- 2 665
İlham Əliyev “sapı özümüzdən olan balta”ların da iddialarını alt-üst etdi - Millət vəkili
"Azərbaycanın böyük uğurlarla keçirdiyi 2024-cü ilin son günlərində baş verən təyyarə qəzası hamımızı sarsıtsa da, bir sıra məqamlar dövlət və millət olaraq yeni qürur tariximizə çevrildi. Bu hadisə bir daha sübut etdi ki, bizim yerdə Vətənimizin hər qarışını göz bəbəyi kimi qoruyan qəhrəmanlarımızla bərabər, səmaya hökm edən, başqalarının sağ qalması naminə, sevə-sevə ölümə doğru gedən şahinlərimiz, igid oğullarımız, qızlarımız var".
Bu barədə AzNews.az-a millət vəkili Tənzilə Rüstəmxanlı açıqlama verib. Deputat deyib:
"Amma ən vacibi Azərbaycan lideri bir daha dünyaya “nəyi nə vaxt etməyi, nəyi nə vaxt deməyi” sübut etdi. Dövlət başçısının rəsmi televiziyaya müsahibəsi bir çox qaranlıq məqamların aydınlaşnasında müstəsna rol oynaydı. İlham Əliyevin həlak olan ekipaj üzvlərinin ailələrinə başsağlığı verdikdən sonra AZAL-ın təyyarəsinin fonunda verdiyi müsahibə yalnız Rusiyanın, onun çirkli əməllər törədən dairələrinin hadisəni ört-basdır etmə planlarını puç etmədi, həmçinin sərhədlərimizin daxilində və xaricində yaşayan “sapı özümüzdən olan balta”ların da iddialarını alt-üst etdi".
AzNews.az