Bələdiyyə seçkilərində seçkiqabağı təşviqat üçün ayrılmış görüş yerlərinin siyahısı açıqlanıb

Bələdiyyə seçkilərində seçkiqabağı təşviqat üçün ayrılmış görüş yerlərinin siyahısı açıqlanıb.

Bununla bağlı məlumat Mərkəzi Seçki Komissiyasinin (MSK) rəsmi saytında yerləşdirilib.

Bildirilib ki, 3 min 730 açıq, 2 min 182 qapalı olmaqla, ümumilikdə 5 min 912 yer ayrılıb.

Ayrılan yerlərin siyahısı ilə buradan tanış ola bilərsiniz.

Qeyd edək ki, Azərbaycanda bələdiyyə seçkiləri 2025-ci il yanvarın 29-da keçiriləcək.