"Belə sanballı müsahibəyə görə dövlətimizin başçısına dərin təşəkkürümü bildirirəm" - Rəşad Məcid

"Prezident İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsi əhatəliliyi, qaldırdığı məsələlərin miqyasının genişliyi, məzmun zənginliyi və digər üstün cəhətləri baxımından son dərəcə uğurludur. Dövlətimizin başçısının toxunduğu hər mövzu, ümumən, verdiyi bütün cavablar dərin araşdırmalar, təhlillər mənbəyidir. Əminəm ki, bu müsahibə artıq müxtəlif dövlətlərin siyasi dairələrində diqqətlə incələnir və öyrənilir".

Bu sözləri AzNews.az-a açıqlamasında Mətbuat Şurasının sədri Rəşad Məcid deyib. MŞ sədri sözlərinə davam edib:

"Ayrıca onu da deyim ki, Prezidentin yeni dünya nizamından tutmuş, yaxın və uzaq ölkələrlə, beynəlxalq qurumlarla bağlı söylədiyi fikirlər qarşımızda müdrik və qüdrətli siyasi liderin obrazını bir daha, bütün aydınlığı ilə canlandırır.

Azərbaycanın belə bir liderinin olması isə xalqımız üçün sonsuz qürur, iftixar mənbəyidir. Belə sanballı müsahibəyə görə dövlətimizin başçısına dərin təşəkkürümü bildirir, müsahibəni götürən televiziya əməkdaşlarını dolğun və aktual suallara görə təbrik edirəm".

AzNews.az