"Ermənistan rəhbərliyi hay faşizminə son qoymasa..." - Deputat prezidentin müsahibəsini şərh etdi

"Yerli televiziya kanallarına verdiyi intervüdə Azərbaycan Prezidenti cənab İlham Əliyevin Ermənistanla bağlı dediklərindən ümid etmək istərdim ki, qarşı tərəf düzgün nəticə çıxaracaq. Haylar NATO-nun "mülki missiyası"nın qalma müddətini uzatmaq və Fransa kimi yırtıcı dövlətlərdən silah-sursat almalarına haqq qazandırmaq üçün sərhəddə gərginlik yaratmağa çalışmaqdansa, real sülh haqda düşünməli, bunun üçün gərəkən addımları atmalı, ilk növbədə faşizm ideologiyasından imtina etməlidirlər".

Bu barədə millət vəkili Sahib Alıyev AzNews.az-a danışıb. Deputat deyib:

"Dövlət başçımız çox açıq şəkildə bildirdi ki, hay faşizminə Ermənistan rəhbərliyi son qoymasa, bunu Azərbaycan özü edəcək. Azərbaycan hay faşizmini məhv etməyə qalxanda nə baş verəcəyini isə yəqin ki, açıqlamağa ehtiyac yoxdur. Əslində cənab Prezidentin Zəngəzur dəhlizi ilə bağlı söylədiklərindən də bunu anlamaq olur.

Dövlət başçımız açıqca bildirir ki, biz Ermənistanı indən sonra da özlərinin dedikləri kimi bufer funksiyası yerinə yetirməyə, yəni Türkiyə ilə Azərbaycan arasında coğrafi maneə olaraq qalmağa qoymayacağıq. "Zəngəzur dəhlizi açılmalıdır və açılacaqdır. Onlar bunu nə qədər tez başa düşsələr, o qədər də yaxşıdır”, - bu xəbərdarlıq da cənab İlham Əliyevinkidir".

AzNews.az