- Siyasi müzakirə
- 29 Yanvar 22:15
- 2 745
ƏHD partiyası bələdiyyə seçkilərində qazandığı qələbə münasibəti ilə YAP-ı təbrik etdi - Bəyanat
Ədalət, Hüquq, Demokratiya (ƏHD ) Partiyası bələdiyyə seçkilərinin nəticələri ilə bağlı Bəyanat yayıb. ƏHD Partiyası mətbuat xidmətinin yaydığı məlumata görə, Bəyanatda deyilir:
"28 namizədlə seçkilərə qatılan Ədalət, Hüquq, Demokratiya (ƏHD ) Partiyası bəyan edir ki,ölkədə fəaliyyət göstərən 26 siyasi partiyadan 23-nün qatıldığı bələdiyyə seçkilərində16092 namizəd 685 bələdiyyə üzrə 8071 yer uğrunda mübarizə aparmışdır. Seçkilər MSK tərəfindən qanunvericiliyə uyğun olaraq təşkil olunmuş və keçirilmişdir. Seçkilərə qatılmaq istəyən hər kəsə qanunvericiliyə uyğun olaraq bərabər imkanlar yaradılmışdır. Təsssüf ki, hakim partiyadan başqa digər heç bir partiya pulsuz efir vaxtı əldə etmək hüququ qazanmamış, YAP isə könüllü olaraq bu hüququndan imtina etmişdir. Namizədlərimiz seçki prosesinə hər hansı qanunsuz müdaxilə faktı ilə üzləşməmişlər. Səsvermə günü seçki məntəqələrində olan müşahidəçilərimizin verdiyi məlumatlara görə onlar səsvermənin nəticələrinə təsir edə biləcək qanun pozuntuları ilə rastlaşmamışlar. Seçki dairələri üzrə seçki məntəqələrində təşkil olunmuş ekzitpolların nəticələri seçkinin ilkin nəticələrinə uyğun olmuşdur.
ƏHD partiyası seçkilərdə qalib gəlmiş Yeni Azərbaycan partiyasını qələbə münasibətilə təbrik edir, hakim partiyanı əldə olunmuş uğurları qoruyub saxlamaq, sürətli inkişafa mane olan amilləri aradan qaldırmaq üçün bələdiyyələrin statusunu artırmağa, dövlət idarəçiliyində ifrat mərkəzləşmədən imtinaya, keçmişimizi qaragüruhdan, xarici və daxili düşmənlərdən qoruyacaq, gələcəyimizi işıqlı edəcək sistemdaxili siyasi rəqabətə, davalı sabitliyə və inkişafa yol açacaq güclü çoxpartiyalı siyasi sistemin yaradılması istiqamətində ciddi islahatlar aparmağa çağırır".
AzNews.az