"Biz nə Fransanın tarixinə, nə də mədəniyyətinə qarşı mübarizə aparırıq". - Fərid Şəfiyev

Fransa ilə Azərbaycan arasında münasibətlərin səviyyəsinin yüksəldilməsi hər iki xalqın marağındadır".

Bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev "Fransa və Ermənistan-Azərbaycan münaqişəsi" adlı Beynəlxalq Konfransda deyib.

O, Azərbaycanda Fransa mədəniyyətinə və onun dilinə bəslənən böyük hörmətdən danışıb:

"Burada elə qonaqlar var ki, onların çıxışları bizə Fransa ilə Azərbaycan arasında münasibətlərin vəziyyətini daha yaxşı anlamağa kömək edəcək. Azərbaycanda Fransa mədəniyyətinə və onun dilinə böyük hörmət bəsləyirlər. Ölkələr arasında münasibətlərin səviyyəsinin yüksəldilməsi və bu əlaqələrin qorunması xalqın marağındadır. Biz nə Fransanın tarixinə, nə də mədəniyyətinə qarşı mübarizə aparırıq".