- Siyasi müzakirə
- 13:23
- 1 171
Ərdoğanın Azərbaycana gəlişi regionda baş verən proseslərə necə təsir edəcək? - AÇIQLAMA
“Bu günlərdə Türkiyənin Azərbaycandakı səfirinin mətbuata açıqlamasında bildirildi ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfər edəcək. Səfər çərçivəsində Türk liderin Xocalıya səfər edəcəyi və iş adamları ilə görüşünün baş tutacağı da vurğulanıb. Yerigəlmişən Şuşada və ya Xankəndində Türkiyə konsulluğunun açılması mözvusu da dəfələrlə gündəmə gəlib. Hətta Şuşaya səfər edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da bu barədə fikir bildirmişdi. O qeyd etmişdi ki, biz Türkiyə olaraq Şuşada ən qısa zamanda baş konsulluq açmağı planlaşdırırıq. Daha sonra bu ilin may ayında Türkiyə səfiri Cahid Bağçı da jurnalistlərə açıqlamasında bildirmişdi ki, Xankəndidə konsulluğun açılması üçün şəhərin hazır olması lazımdır. Biz Şuşada konsulluq açmaq üçün müraciət etmişdik. Bu məsələ ilə bağlı danışıqlar da iki dövlət arasında aparılır, dövlətimiz də bu məsələni dəyərləndirir, zamanı gələndə açılacaq”.
“Böyük ehtimalla, ciddi qlobal hadisə baş verməsə və hər hansı bir dəyişiklik olmasa, Ərdoğan Azərbaycana səfər edəcək. Bu səfər, hər şeydən əvvəl, simvolik əhəmiyyət daşıyacaq. Yəqin ki, Xocalı faciəsinin növbəti ildönümü günlərinə təsadüf edəcək, təxminən fevralın iyirmisindən sonra baş tutacaq. Səfər çərçivəsində, əlbəttə ki, müxtəlif məsələlər müzakirə olunacaq. Konsulluq açılması məsələsinə gəldikdə isə, bu, nəzəri baxımdan mümkündür”.
Bu fikirləri AzNews.az-a açıqlamasında Report" İA-nin əməkdaşı, siyasi şərhçi Kənan Novruzov deyib.
Siyasi şərhçi qeyd edib ki, əslində, politik baxımdan da mümkündür, lakin indidən konkret şəkildə “olacaq” və ya “olmayacaq” demək çətindir.
“Bunun baş verməməsi üçün hər hansı bir əsas yoxdur. Xocalıda və ya Xankəndidə Türkiyə konsulluğu açılarsa, bu, ikitərəfli münasibətlərin inkişafı istiqamətində növbəti addım olmaqla yanaşı, Azərbaycan-Türkiyə strateji tərəfdaşlığını daha da gücləndirəcək. Eyni zamanda, bu addım Ermənistana və İrana ciddi bir mesaj verəcək ki, Türkiyə artıq Qarabağda da mövcuddur”.
Rəfiqə NAMAZƏLİYEVA