- Siyasi müzakirə
- 18:11
- 1 052
"Azərbaycandakı bütün rusyönümlü təşkilatlar bağlanmalıdır" - Asim Mollazadə
![](https://www.aznews.az/storage/2018/11/07/asim_mollazade_041.jpg)
"Azərbaycanda olan bütün rusyönümlü təşkilatlar bağlanmalı, bundan sonra da onların qurumları qeydiyyata alınmamalıdır".
Bunu "Teleqraf" İnformasiya Agentliyinə açıqlamasında Milli Məclisin deputatı Asim Mollazadə deyib.
O bildirib ki, Rusiyanın hər zaman əsas məqsədi Sovet İttifaqını bərpa etmək olub:
"Rusiyanın niyyəti hər zaman imperializm siyasəti aparmaq məqsədi daşıyıb. Rəsmi Moskva qonşu ölkələrlə münasibətini bu yöndə qurur. Vladimir Putin məqsədlərini daim açıq şəkildə ifadə edib. Bütün dünya buna şahiddir. Məhz bunun təzahürüdür ki, hazırda onminlərlə ukraynalı günahsız şəkildə öldürülür. Siyasətləri, strategiyaları ancaq işğalçılıqdır. Onların qonşu ölkələrlə imzaladıqları müttəfiqlik haqqında bəyənnamələrinin əhəmiyyəti yoxdur. Baxın, ruslar öz vətəndaşlarının olduğu təyyarəni belə vurdu. Bunlardan qonşu ölkələrə münasibətdə fərqli nəsə gözləmək olar? Rusiyanın bütün təşkilatlarının Azərbaycanda fəaliyyəti dayandırılmalıdır. Bu qurumlar "kəşfiyyat evi" kimi fəaliyyət göstərirlər. Bundan başqa, onların qurumları da bundan sonra qeydiyyata alınmamaılıdır".
AzNews.az