- Siyasi müzakirə
- 13 Fevral 14:49
- 4 126
Ömrü USAİD qədər oldu: "Turan" İnformasiya Agentliyi fəaliyyətini dayandırıb

"Turan" İnformasiya Agentliyi fəaliyyətini dayandırıb.
AzNews.az xəbər verir ki, bu barədə agentliyin saytında bildirilib.
Agentlik qeyd edib ki, "bu ağır qərarı" maliyyə çatışmazlığı səbəbindən veriblər.
Xatırladaq ki, "Turan" İnformasiya Agentliyinin əsas maliyyə qaynağı daha çox qrant vəsaiti hesab edilirdi. USAİD-lə bağlı Tramp Administrasiyasının atdığı addımlar fonunda "Turan"ın fəaliyyətini dayandırması diqqət çəkən nüansdır.
Agentliyə Mehman Əliyev rəhbərlik edirdi.
AzNews.az