- Siyasi müzakirə
- 17 Fevral 17:11
- 2 601
Ermənistanı revanşizm ideologiyası ilə bəsləyirlər - Deputat

“Azərbaycan tərəfi sülhə təşəbbüs edən tərəfdir, sülh müqaviləsinin mətni də ölkəmiz tərəfindən hazırlanıb. Digər tərəfdən, Ermənistanın silahlandırılması uzun müddətdir ki, Qərb tərəfindən davam etdirilir. 22 iyul 2024-cü ildə Avropa İttifaqı Şurası Avropa Sülh Fondundan (EPF) Ermənistan Silahlı Qüvvələrinə 10 milyon avro dəyərində yardım paketini qəbul edib. Fransa Silahlı Qüvvələr Nazirliyinin Parlamentə təqdim etdiyi 09 sentyabr 2024-cü il tarixli hesabata əsasən, 2023-cü ildə Fransa tərəfindən Ermənistana 1 milyon 578.152,750 avro dəyərində 18 ixrac lisenziyası verilib. Hesabata əsasən 2023-cü il ərzində 11.500.000 avroluq hərbi təyinatlı məhsulun Ermənistana verildiyi qeyd olunur”.
Bu fikirləri AzNews.az-a açıqlamasında Milli Məclisin deputatı Pərvanə Vəliyeva deyib.
Deputat qeyd edib ki, Avropa İttifaqının (Aİ) mülki missiyasının vaxtının daha iki il müddətinə uzadılması Ermənistanın qeyri-səmimiliyindən, sülhdə maraqlı olmamasından xəbər verir.
“2022-ci ildə iki aylıq müddətə yaradılmış Aİ-nin Ermənistan-Azərbaycan sərhədindəki missiyasının müddəti bitdikdən sonra Fransanın öncüllüyündə və Azərbaycan tərəfinin razılığı olmadan ona 20 fevral 2023-cü ildən etibarən iki il müddətinə mandat verilib. Bu silahlanmanın məqsədi Ermənistan rəhbərliyini və xalqını revanşizm ideyaları ilə bəsləmək, Cənubi Qafqazda sabitliyi pozmaq, bitmiş münaqişəni alovlandırmaqdan ibarətdir. Bundan başqa, Fransanın Ermənistandakı səfiri mütəmadi olaraq Ermənistan-Azərbaycan şərti sərhədinə gələrək ölkəmiz əleyhinə ifadələr işlədir, verdiyi açıqlamalarda Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini sual altına qoyur. Ermənistanın regionun sülh danışıqlarına ziyan vuran və bölgədə gərginliyi artıran digər bir addımı isə onun ABŞ-yə üz tutması, Amerika ilə strateji tərəfdaşlıq sazişi imzalamasıdır Hindistandan hərbi yardım da eynilə davam etdirilir. Cənab Prezidentin dediyi kimi, kimisi silah verir, kimisi həm silah, həm siyasi dəstək verir və Ermənistanı revanşizm ideologiyası ilə bəsləyirlər. Bütün bu faktlar onu göstərir ki, Ermənistan müharibəyə hazırlaşır”.
Rəfiqə NAMAZƏLİYEVA
AzNews.az