- Siyasi müzakirə
- 26 Mart 20:01
- 5 257
"Türkiyəni ədalət, hüquq, demokratiya daha güclü edəcək"- Qüdrət Həsənquliyev
.jpg)
"Türkiyədə baş verənlərdən çox üzgünük, çünki eyni millətik, qardaşıq. Azərbaycana işğala son qoymaq üçün heç bir Türkiyə liderinin göstərmədiyi köməyi Ərdoğan edib".
Bu barədə Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyevin Türkiyədə baş verən hadisələrlə bağlı açıqlamasında danışıb.
Millət vəkili deyib:
"Türk dövlətlərinin yaxınlaşması və Türkiyənin güclənməsində onun böyük xidmətləri var. Türkiyənin daxili işlərinə müdaxiləni düzgün saymasaq da, biz belə bir çətin tarixi dönəmdə tərəfləri dialoqa çağırırıq. Türkiyənin və türk dünyasının maraqları hər şeydən üstün tutulmalıdır. Türkiyəni ədalət, hüquq, demokratiya daha güclü edəcək".
AzNews.az