- Köhnə - Region
- 30 May 2016 23:03
- 4 971
Qadın 1 aylıq uşağını satdı - Ermənistanda
Ermənistanda qadın 1 aylıq qızını satıb.
Araqatsotn vilayəti, Aruç kənd sakini 1 aylıq uşağını Ararat vilayətinin Taperakan sakininə 5 min dollara satıb.
Məlumata görə, uşaq aprelin 9-da "Ermənistan" tibb mərkəzində dünyaya göz açıb.
Aruç kənd sakinlərinin bildirdiyinə görə, uşağını satan qadın ağır sosial vəziyyətdə yaşayır, onun 3 övladı var.
Faktla bağlı polis araşdırma aparır.
APA.az