- Köhnə - Region
- 15 Avqust 2018 22:51
- 6 330
Bakıda evdən külli miqdarda pul və qızıl oğurlandı

Bakıda evdən pul və qızıl əşyalar oğurlayan şəxs tutulub.
DİN-dən AzNews.az-a verilən məlumata görə, Kriminalistik Tədqiqatlar İdarəsi və Xəzər Rayon Polis İdarəsi 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində bu il iyunun 22-də rayon ərazisindəki evlərin birindən 400 manat pul və 1000 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş Rövşən Məmmədov saxlanılıb.