Saxta müəllim məktəbli qızları çılpaq izlədi

Dəhşətli hadisə Tokatda (Türkiyə) internet aləmində baş verib.

Tokatda özünü internet aləmində müəllim olaraq tanıdan O. Ö adlı şəxs məktəbli qızlara paltarlarını dəyişdirmələrini söyləyərək onları çılpaq izlədiyi iddiası ilə nəzarət alınıb.

31 yaşlı O. Ö sosial şəbəkələrdən birinda açdığı saxta profil ilə özünü ibtidai məktəbdə vəzifəli müəllim kimi tanıdaraq məktəbli qızlarla söhbət etməyə başlayıb. Şübhəli şəxs qismində saxlanılan O. Ö 13-14 yaşlı məktəbli qızlarla görüntülü söhbətlər edərək, onları paltarlarını dəyişdirməyə sövq edib. "Ətək sənə çox qəşəng yaraşar, onları geyin" deyərək, qızların soyunmasını istəyirmiş.

Bu danışıqlar zamanı isə özünü başqa müəllim kimi tanıdan şəxs tanınmamaq üçün öz kamerasını bağlı saxlayıb. Vəziyyətin fərqinə varan ailələr hadisəni dərhal polisə bildiriblər.

Tokat Təhlükəsizlik Müdirliyi Siber cinayətlər Şöbə Müdirliyinin işçi qrupları internet mühitində araşdırma aparıblar. Axtarışların nəticəsində, bəlli olub ki, məktəbli qızlarla danışan şəxs müəllim deyilmiş. O, manyak imiş. Həmin şəxs Tokatın orta məktəblərindən birində işləyən vəzifəli müəllimin fotoşəkilindən istifadə edərək şagirdləri aldadırmış. Qeyd edək ki, qızları çılpaq izlədiyi iddia edilən O. Ö polislər tərəfindən şöbəyə aparılıb. İfadəsi alındıqdan sonra ədliyyəyə sövq edilib. Daha sonra isə həmin şəxs şagirdlərlə fiziki cəhətdən təmasa keçmədiyi səbəbi ilə sərbəst buraxılıb.

Xəyalə
AzNews.az