Ən çox vergi ödəyən məşhurlar- Siyahı

Türkiyə mətbuatı ən çox vergi ödəyən 25 tanınmışın siyahısını yayımlayıb.

Axşam.az-ın məlumatına görə, onlardan biri adının gizli saxlanılmasını istəyib.

Rekord məbləğdə vergi ödəyən ilk beş tanınmış siyahısında maraqlı televiziya layihələri ilə tanınan Acun Ilıcalı, şoumen Cem Yılmaz və müğənni Seda Sayan yer alıb.

Acun Ilıcalı 4,6 milyon lirə vergi ödəyib. Qeyd edək ki, Ilıcalı ötən il 2,8 milyon lirə vergi vermişdi.

Siyahının dördüncüsü Bəyazit Öztürk, beşincisi Ajda Pekkan, altıncısı Kıvanç Tatlıtuğ olub. Bir ildə 535 min lirə vergi ödəyən müğənni Sərdar Ortac siyahıda 23-cüdür.

Aktrisa Hülya Avşarın vergi borcu ötən il 1,1 milyon lirə olsa da, bu dəfə 764 min lirəyə düşüb.
Vergi siyahısını təqdim edirik:

1. Ali Acun Ilıcalı - 4.603.997 milyon lirə
2. Cem Yılmaz - 3.516.056 milyon lirə
3. Seda Sayan - 2.291.035 milyon lirə
4. Bəyazıt Öztürk - 1.656.625 milyon lirə
5. Ajda Pekkan - 1.363.883 milyon lirə
6. Kıvanç Tatlıtuğ - 1.253.528 milyon lirə

AzNews.az