- Köhnə - Region
- 21 Oktyabr 2013 11:57
- 2 885
Moskva polisləri mənzillərdə miqrant ovuna çıxdı
Federal Miqrasiya Xidmətinin əməkdaşlarının açıqlamasına görə, Moskvanın Cənub dairəsi miqrasiya qanunvericiliyinin pozulmasına görə liderdir. Yaxınlıqda "Saovod" bazarı yerləşməsi, çoxlu sayda yeni binaların tikilməsi daha çox miqrantların həmin ərazidə məskunlaşmasına səbəb olub. Buna görə, əsas reyd də həmin ərazidə aparılır. Bəzi hallarda ev sahibindən xəbərsiz olaraq bir mənzildə 10 miqrant yaşayır.
Miqrantlar isə deyir ki, onların sənədlərinin yoxlanması çox zaman əhalinin sıx olduğu otaqlarda aparılır və onlar saatlarla gözləməyə məcbur edilirlər.
Elman
AzNews.az