- Köhnə - Region
- 25 Oktyabr 2013 11:29
- 2 965
“Tehranı nüvə silahı ilə vuraq” – ABŞ-dan təklif
Adelsonun sözlərinə görə, Ağ Ev nüvə müzakirələrinə başlamazdan əvvəl İrana nüvə hücumu təşkil etməlidir.
Adelsonun bu təklifi həm öz ölkəsində, həm də dünyada böyük qalmaqala səbəb olub. Yeşiva Universitetində İranın nüvə çalışmaları mövzusuna həsr edilən seminarda çıxış edən Adelson, ABŞ-ın Tehranla son dövrdə apardığı diplomatik danışıqlara da münasibət açıqlayıb. Partiya fəalının sözlərinə görə, uzun illərdən sonra iki ölkə arasında diplomatik danışıqlara dair cəhdlər zəiflik əlamətidir.
Adelsonun fikrincə, Vaşinqton Tehran rəhbərliyini nüvə proqramından imtina etdirmək üçün əvvəlcə İrandakı bir səhraya nüvə bombası atmalıdır: "Əgər bu işə yaramasa paytaxt Tehranı nüvə silahı ilə vuraq".
Elman
AzNews.az