Miqrantların obyektləri talan edildi- VİDEO

Rusiyanın Arzamas şəhərində miqrantlara qarşı baş verən etiraz aksiyalarından sonra şəhər bütün gecəni narahatlıq içində keçirib.

AzNews.az Rusiya mətbuatın a istinadən xəbər verir ki, yerli sakinlər aralarında ermənilərin də olduğu miqrantlara qarşı aksiyalara başlayıblar.

Miqrantlara məxsus olan restoran və kafelərə, eləcə də mağazalara basqın edilib.

Arzamas meri Mixail Buzin məzuniyyətini yarımçıq kəsərək şəhərə qaytmalı olub. Mer mətbuata müsahibəsində dekabrın 10-da gecə saatlarında şəhərdə talanların olması barədə xəbərlərə münasibət bildirib.

Onun sözlərinə görə, şəhərdə vəziyyət nəzərət altına alınıb: "4 hadisə baş verib. Obyektlərin şüşələri sındırılıb. Bunu edənlər saxlanılıb və məsuliyyətə cəlb ediləcək.Şəhər əhalisi ilə belə qərara gəlmişik ki, bütün bu insident araşdırılsın, şikayətlərə baxılsın".

Şəhərdə miqrantlara qarşı baş verən aksiyalarda obyektlərə hücumda iştirak etdiyi bildirilən 70 nəfər saxlanaraq polis bölməsinə aparılıb.

Qeyd edək ki, şəhərdə qarışıqlıq ermənilərə məxsus olduğu deyilən kafedə ölümlə nəticələnən insidentdən sonra yaranıb.

İqpor Karpov adlı gənc öz dostu ilə birlikdə kafe əməkdaşı ilə mübahisə edib. Nəticədə dava böyüyüb və yerli skinlərdən olan Aleksandr vəfat edib. İqor Karpov isə xəstəxanaya aparılıb. Bundan sonra şəhərdə miqrantlara qarşı aksiyalar başlayıb.




Elnarə
AzNews.az