Surqutda bir gündə 2 təyyarə məcburi eniş edib


AzNews.az "Qazeta Ru"ya istinadən xəbər verir ki, qapıların hermetikliyinə nəzarət edən datçik sıradan çıxdığına görə UTair aviakompaniyasına məxsus CRJ - 200 sərnişin təyyarəsi Surqutda məcburi eniş edib.
Təyyarə havada olarkən "qapılar kip bağlanmayıb" işarəsi verilib və buna görə təyarə yerə endirilib.
Təyyarədə 38 sərnişin 5 ekipaj üzvü olub. Xəsarət alan olmayıb.
Bu gün başqa bir təyyarə, YUTeyr kompaniyasına məxsus, içində 97 sərnişin olan Boeinq 737 təyyarəsi də Sutqutda məcburi eniş etmişdi.

Azər
AzNews.az