- Köhnə - Region
- 24 Yanvar 2014 11:08
- 2 169
Xocalı aeroportu yenə gündəmdə: “Aeroportdan istifadə qanunlara ziddir”
Bunu AzNews.az-a açıqlamasında Xocalı Rayon İcra Hakimiyyəti başçısının müavini Vahid Əliyev bildirib.
Hava limanının Xocalının işğalından sonra ələ keçirildiyini deyən V. Əliyev bildirib ki, Azərbaycanın hava məkanına xarici təyyarələrin daxil olması ərazi bütövlüyümüzün pozulması deməkdir. Bu addım Çikaqo Konvensiyasına da ziddir.
İcra rəsmisi vurğulayıb ki, beynəlxalq aləm özünün qəbul etdiyi dövlətlərin ərazi bütövlüyü prinsipinə hörmətlə yanşmalı, Ermənistana qarşı lazımı addımlar atmalıdır: "Ermənistanın bu hərəkəti işğalçı ölkənin Dağlıq Qarabağ münaqişəsinin həllində qeyri-konsturiktiv mövqeyinin bir daha nümayişidir".
Amid
AzNews.az