- Köhnə - Region
- 30 Aprel 2014 13:55
- 3 283
Aleksandr Turçinov etiraf etdi
AzNews.az-ın yerli mediaya istinadən verdiyi məlumata görə, A. Turçinov bildirib ki, Ukrayna hərbi qüvvələri hələ ki Donetski və Luqansk vilayətlərində vəziyyətə nəzarət etmək iqtidarında deyillər.
O, yaxın zamanlarda Ukraynanın şərqində milis və təhlükəsizlik xidmətində yenilənmə aparılacağına da işarə vurub.
Xatırladaq ki, A. Turçinov Ukrayna daxili işlər nazirindən Luqansk və Donetski vilayətlərinin Daxili İşlər İdarəsinin rəhbərlərinin işdən çıxarılmasını tələb edib.
Aydan Axundova
AzNews.az