- Köhnə - Region
- 1 Sentyabr 2014 16:45
- 3 128
Rusiyadan atəşkəs çağırışı
Bu sözləri Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.
ANS PRESS-in məlumatına görə, Ukrayna və Rusiya rəsmiləri Belarus paytaxtı Minskdə separatçı döyüşçülər və beynəlxalq nəzarətçilərlə danışıqlar aparacaq. Minskdə Vasitəçi Qrupunun görüşündə ATƏT-in nümayəndələri də iştirak edəcək.
Maraqlıdır ki, Ukrayna torpaqlarına keçən Rusiyanın rəsmi nümayəndəsi belə bir fikir səsləndirib: "Ukrayna qoşunları mülki xalqa ziyan verəcək mövqeləri tərk etməlidir".
Separatçılar son günlərdə Luqansk, Donetsk və Mariupol limanı ətrafında Ukrayna torpaqlarını zəbt etməkdə davam edir.
AzNews.az