- Köhnə - Region
- 3 Sentyabr 2014 10:42
- 3 068
Putin Sarkisyanı hədələdi
Ermənistan prezidenti Serj Sarkisyan taleyi oktyabrın 10-dan asılıdır.
Anspress-in məlumatına görə, oktyabrın 10-da Avrasiya İqtisadi Birliyinin Minskdə prezidentlər səviyyəsində keçiriləcək görüşü yaxınlaşdıqca Ermənistan kütləvi informasiya vasitələri Sarkisyanın getdikcə çətin vəziyyətə düşməsindən yazır.
"Rusiya prezidenti Vladimir Putin Ukraynada baş verənlərlə bəzi postsovet ölkələrinə, xüsusilə Ermənistana mesaj göndərdi. Mesaj bundan ibarətdir ki, səni devirə bilərik. Bu yaxınlarda Putin Ermənisstanın AİB-ə qoşulması ilə bağlı anlaşmanı təsdiqləmişdi. Ermənistan Briliyə qoşulmasa Putin bölgəyə qoşun da yeridə bilər. Ermənistanın AİB-ə qoşulmaqdan başqa şansı yoxdur, əks halda bu ölkəni Ukraynanın taleyi gözləyir", deyə errməni mətbuatı yazır.
Erməni siyasi şərhçilər Putinin Ukrayna siyasətinin həm də Sarkisyanı hədələməyə hesablandığını da deyirlər. "Sarkisyan Ukraynada baş verənləri izləyərək nəticə çıxarmalıdır ki, onun başqa yolu yoxdur", - deyə siyasi şərhçilər yazır.
AzNews.az