- Köhnə - Region
- 12 Sentyabr 2014 19:36
- 3 105
Turqut Özalın ölümü ilə bağlı daha bir iddia
ANS PRESS-in məlumatına görə, 1993-cü ildə müəmmalı şəraitdə vəfat etmiş Özalın oğlu Əhməd Özal və onun həyat yoldaşı Səmra Özalın sabiq dövlət başçısının ölümündə ittiham olunması ilə bağlı "Haber7" kanalı xəbər yayıb.
Telekanalın məlumatına görə, Ə.Özal və S.Özal Özalı ölümü ilə bağlı məhkəmədə 19 dəfə ifadə verib.
Xatırladaq ki, ötən il sentyabrın 13-də Ankara Baş Prokurorluğu T.Özalın dul xanımı S.Özalın ərinin ölümündə iştirakını araşdırmağa başlamışdı.
Bundan əvvəl ittihamın şahidi Levent Ersez S.Özalı ərinin zəhərlənməsində əli olmaqda günahlandırmışdı.
Qeyd edək ki, L.Ersez artıq dövlət çevrilişinə cəhddə ittiham olunan "Ergenekon" təşkilatının cinayət işi ilə bağlı 22 il 6 ay cinayət məsuliyyətinə cəlb edilib.
AzNews.az